Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


01.06.2023  15:09 

Azərbaycan Fransanın vasitəçilik cəhdlərini qəbul etməyəcək - Sabiq nazir





A+  A-

Bu gün Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Müzakirələr “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində baş tuta bilər. Azərbaycan və Ermənistan liderlərinin görüşünun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts iştirakı ilə keçirilməsi planlaşdırılır.

XəzərNews.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüş əsasən Avropa İttifaqı və Azərbaycan arasında olan iqtisadi və siyasi məsələlərə həsr olunub:

"Azərbaycan tərəfindən bir neçə layihələri həyata keçirilir və səfərin əsas mahiyyəti də bununla bağlıdır.

O ki, qaldı münaqişəyə aid görüşə, Azərbaycan birmənalı olaraq Fransanın hansısa vasitəçilik cəhdlərini qəbul etməyəcək. Hesab edirəm ki, Vaşinqtondan və Moskvadan sonra sülh sazişinə aid müzakirələr sadəcə olaraq mövqelərin təkrarı olacaq.

Təbii ki, irəliləyişə nail olmaq mümkün deyil və Azərbaycanın mövqeyi artıq hamıya bəllidir. Bu baxımdan görüşün bu məsələyə aid əhəmiyyəti o qədər də yüksək deyil. Amma digər məsələlərdə hesab edirəm ki, müzakirə çox faydalı ola bilər. Söhbət kommunikasiyaların bərpasından gedir.

Bildiyimiz kimi, Zəngəzur dəhlizi və dəmir yolu bərpa olunmalıdır. Həmçinin, digər kommunikasiyaların bərpa olunması barədə də söhbət aparmaq olar.

Hesab edirəm ki, Kişinyovda Avropa İttifaqının bu layihəyə maliyyə dəstəyinə nail olunması məsələsi də həll oluna bilər".

Xəbər 3014 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +