Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


26.11.2018  09:25 

“Bizdə olan tualetlər bu gün də Moskvada yoxdur” - Telman İsmayılov





A+  A-

Rusiyanın NTV telekanalının “Yeni rus sensasiyaları” proqramı iş adamı Telman İsmayılovdan müsahibə alıb.
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, iki sifarişli qətldə şübhəli bilinən oliqarx iddia edir ki, telekanalların kriminal xronikada nümayiş etdirdiyi “Çerkizov” bazarına heç bir aidiyyatı yoxdur. “Siz başqa obyektləri, başqa bazarları göstərirdiniz, amma məndən danışırdınız. Guya orada zirzəmi var… Mənim heç vaxt zirzəmim olmayıb! Kazinom olmayıb! Kimdəsə narkotik tapanda mühafizə işçiləri mükafat alırdılar!”, – İsmayılov deyib.

Onun sözlərinə əsasən, bazarda qeyri-qanuni mühacirlər də olmayıb: “İşləyənlərin 85%-i rusiyalılar idi, 15%-i – çinlilər. Tək İvanovodan 100 istehsalçı var idi!”.

İsmayılov Lujkovun bu məsələlərdəki rolu haqqında sualı da cavablandırıb: “Lujkovun bazarla nə əlaqəsi? O, şəhərin meri idi. Bu torpaq isə federal mülkiyyət idi. Mən torpağı federallardan icarəyə götürmüşdüm. Lujkovun buna heç bir dəxli yoxdur! O həmişə bazarlara qarşı olub…

Amma ticarət departamentinin rəhbərini bizim bazara göndərəndən sonra fikrini dəyişdi. O gəlib gördü ki, bizim kafe və restoranlar Avropa standartlarına uyğundur. Bizdə olan tualetlər bu gün də Moskvada yoxdur!”

Xəbər 2945 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +