Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


24.11.2018  13:16 

Bu ailələrə mal-qara verildi





A+  A-

Masallı və Cəlilabad rayonlarında da özünüməşğulluq proqramının icrası ilə əlaqədar olaraq həmin rayonlar üzrə daha 30 nəfər işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal və materiallarla təmin ediliblər.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərNews.az-a daxil olan xəbərə görə, 2018-ci ildə bu iki rayon üzrə 285 (o cümlədən Masallıda 155, Cəlilabadda 130) ailənin proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onlardan artıq 200-dək ailəyə mal və materiallar verilib, digər proqram iştirakçılarına da aktivlərin verilməsi prosesi davam edir.

Mal və materiallarla təmin edilən insanlar işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətini qurmaları, aztəminatlı ailələrin kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində verilmiş mal və materiallar hesabına yaradılan kiçik ailə təsərrüfatlarının sayı artıq 1650-yə çatıb.

Xəbər 2973 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +