Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


10.02.2017  16:59 

““İnter” kuboku “Qarabağ”a satmışdı” - Testimitsianu





A+  A-

 

Moldova millisinin sabiq futbolçusu İon Testimitsianu şok açıqlama verib.

XəzərNews.az xəbər verir ki, o, Bakı “İnter”i çempionluğu satmaqda ittiham edib.

Testimitsianu iddiasına görə, bu, Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünə təsadüf edir.

O, “Moldovian Football”a verdiyi açıqlamada bunları deyib:

“Demək olar ki, bütün çempionat boyu “Bakı” ilə biz turnir cədvəlinin ilk pillələrində bərabər addımlayırdıq. Bizim “Bakı”dan 1-2 xallıq üstünlüyümüz vardı. Onda onlara ilk oyunda 3:1 qalib gəlmiş, ikinci matçda 0:1 hesabı ilə uduzmuşduq. Yaxşı kollektivimiz vardı və kubokun finalına vəsiqə qazanmışdıq. Azərbaycana gedəndə demişdim: mən çempion olmaq və arzumu gerçəkləşdirmək istəyirəm. Amma sonradan elə alındı ki, məni, Oleq Şişkini və Valentin Belkeviçi - hansı ki, komandanın aparıcı oyunçuları idi - son 4 oyunda heç bir səbəb göstərmədən iştirak ərizəsinə salmadılar. Bildiyimə görə, o vaxt klub rəhbərliyinin borcu vardı. Ona görə də onları sadəcə, çempionluğu satdılar. Mən buna görə hiddətləndim, hətta klubun idman direktorunun yanına da getdim. Xahiş etdim ki, müqavilə ilə mənə çatacaq pulu ödəsinlər və beləliklə, vətənə qayıtdım. Sonra poçtla mənə gümüş medal göndərdilər. Amma mən qəlbimdə özümü Azərbaycan çempionu sayıram. Ölkə kubokunun finalına da televiziyada baxdım və sadəcə, güldüm. Çünki onlar finalı da satmışdılar. Öleq Şişkin oyundan sonra mənə zəng vurmuşdu, qəzəbli şəkildə dedi: “Vanya, bu, biabirçılıqdı”.

Qeyd edək ki, 2008/09-cu ildə Azərbaycan çempionu “Bakı”, kubokun qalibi isə “Qarabağ” olub.



Xəbər 3240 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +