7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


27.01.2021  08:57 

Britaniyadan 30 ölkə vətəndaşına karantin tələbi





A+  A-

Böyük Britaniya hökuməti “yüksək risk” kateqoriyalı 30 ölkədən Krallıq ərazisinə daxil olan insanları mehmanxanalarda təcrid olunmağa məcbur edəcək.
XəzərNews.az bildirir ki, bu barədə “The Times” qəzeti mənbələrinə istinadən xəbər verib. Nəşrin yazdığına görə, bununla bağlı rəsmi qərar gün ərzində açıqlanacaq.

Belə bir radikal tədbirin köməyi ilə hakimiyyət ölkəyə koronavirusun yeni və potensial olaraq daha təhlükəli genetik variantlarının gətirilməsi riskini azaltmaq niyyətindədir. İlkin olaraq “yüksək risk” kateqoriyasına düşəcək dövlətlər arasında Braziliya və Cənubi Amerikanın bir sıra digər ölkələri, CAR və onunla həmsərhəd ölkələr, Portuqaliya, həmçinin Kabo-Verde ada dövləti var. Planetin digər nöqtələrində virusun yeni ştammlarının yayılacağı təqdirdə siyahı genişlənəcək.

Hazırda bu dövlətlərin bir çoxu ilə Böyük Britaniya arasında gediş-gəliş məhdudlaşdırılıb, sözügedən ölkələrdə son 10 gün ərzində olanlar üçün isə Krallıq ərazisinə giriş qadağandır. Sonuncu məhdudiyyət Britaniya vətəndaşları, müvəqqəti yaşayış icazəsi və uzunmüddətli viza sahiblərinə aid deyil.

Xəbər 3660 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +