Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb
Tokayev Azərbaycana səfərə gəldi
Gilan Kərpic Zavodunda ölüm...
Məşhur aparıcının villası milyonluq satışda
Çexiya Ukraynaya silah yardımını dayandırmır
Hülya Avşar yeni imicdə -FOTOLAR
İsrail Hizbullahı hədəfə aldı
Daha bir ölkədə hökumət əleyhinə etirazlar...
Müdafiə naziri Fergus Auld ilə görüşüb
Tanınmış yazıçı vəfat etdi -FOTO


06.10.2025  11:20 

İranın sərt ritorikası: Qonşular birləşir, Pakistan güclənir





A+  A-

İranın ali rəhbərinin adından bildirilib ki, İsrail və ABŞ İrana hücum edəcəyi təqdirdə, ABŞ və İsrailin regiondakı hərbi obyektlərinə zərbələr endiriləcək. Bu, çox geniş anlam daşıyır. Belə olan halda, İsrailin elan etdiyi istənilən obyekt, o cümlədən Azərbaycanın ərazisindəki hansısa obyekt də zərbə hədəfi ola bilər.

Ali rəhbərin açıqlamasından sonra İran sərhəd qoşunlarının komandiri, general Ə. Güdərzi 12 günlük müharibə dövründə İranın qonşularından İran ərazisinə pilotsuz uçuş aparatları (PUA) və kiçik qırıcıların keçdiyini bildirib. Hətta onun sözlərinə görə, qonşu dövlətlərdən birinə xəbərdarlıq edilib və həmin dövlət öz ərazisində hərbi əməliyyatlar apararaq İsrailə xidmət edənləri məhv edib. Bu, tamamilə yeni uydurmadır. İran qonşularının ərazisindən onun torpaqlarına qarşı guya İsrail PUA-ları və kiçik qırıcıları göndərməsi ilə bağlı yalanlardan geniş istifadə edib. Bu kontekstdə adı ən çox hallanan ölkə Azərbaycan olub. İran Azərbaycana qarşı zərbə endirmək üçün uzun müddətdir fürsət axtarır.

İranda müsəlman qırmaqla bağlı nə qadağa, nə əyləc, nə də məsuliyyət anlayışı var. İran İslam İnqilabının baş verdiyi dövrü yada salaq. Həmin dövrlərdə “Amerika sünnisi, İngilis şiəsi” kimi anlayışlar formalaşdı. 1979-cu ilin fevralın əvvəlində İran İslam İnqilabının lideri Seyid Ruhullah Musəvi Xomeyninin yaxın çevrəsində olan Ayətullah Məhəmməd Hüseyn Şirazi “Qan tökmədən, 2–3 gün gecikmə ilə hakimiyyəti ələ almaq daha vacibdir” fikrini irəli sürmüşdü. Lakin artıq ABŞ-dan şahın qanlı yolla devrilməsi barədə göstəriş gəlmişdi və nəticədə İslam İnqilabı qanlı inqilaba çevrildi. Halbuki Peyğəmbərimizin Qurani-Kərimdə buyurduğu kimi, bir müsəlmanı öldürmək bütün bəşəriyyəti öldürməyə bərabərdir.

İranın İraq Kürdüstanında raket zərbələri nəticəsində öldürdüyü müsəlmanların sayı da az deyil. General Ə. Güdərzinin son fikirləri isə müsəlman dövlətlərini şərləməyin və region ölkələrini təhdidə məruz qoymağın bariz nümunəsidir. Halbuki İranın sərhəd qoşunları 12 günlük müharibə ərəfəsində və ondan sonra İran–Azərbaycan sərhədlərində tam sakitliyin olduğunu bildirmişdi. Belə olan halda, İranın qonşuları öz ümumi təhlükəsizlikləri ilə bağlı qərar qəbul etsələr, bu, tam məntiqli olar.

“İranın qonşuları” anlayışı artıq gündəliyə gətirilməlidir. “İranın qonşuları” koalisiyasının yaradılması da zəruridir. Təbii ki, Ermənistan bu sıraya daxil deyil, çünki İran tarixini, hakimiyyətini, dinini və hər şeyini artıq Ermənistana qurban verib. İran, obrazlı desək, “Ermənistanın beli ilə budunun arasına cırılıb” və hələ də oradan çıxa bilməyib.

Regionda ciddi dəyişikliklər baş verib. Bu, 12 günlük müharibədən əvvəlki vəziyyət deyil. Artıq Pakistanla Səudiyyə Ərəbistanı arasında müdafiə paktı imzalanıb və istənilən dövlət ora qoşula bilər. İran əgər İsraildən qorxursa, həmin pakta qoşula bilər.

Azərbaycan və digər dövlətlərin də ora qoşulmasının qarşısı yoxdur. Bu pakt yalnız İsrailə qarşı yönəlməyib. Səudiyyə Ərəbistanı bəzən İranı özü üçün İsraildən daha böyük təhlükə hesab edir. Ola bilər ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanan hərbi razılaşmaların bir hissəsi də məhz İranla bağlıdır.

Donald Trampın İran kontekstində “xuliqan” ifadəsini işlətməsi bir çox dövlətləri ayıltdı. Bu səbəbdən Pakistan–Səudiyyə Ərəbistanı bloku yalnız İsrailə qarşı sayılmamalıdır. Regionda təhdid yaradan istənilən dövlət həmin paktın hədəfi ola bilər.

Əgər İranın hansısa müsəlman dövləti ilə bağlı faktları varsa, bunu BMT Təhlükəsizlik Şurasında qaldıra bilər, bütün sübutları təqdim edib BMT komissiyasına göndərə bilər.

Əgər BMT-yə inanmırsa, İslam Əməkdaşlıq Təşkilatına və ya İqtisadi Əməkdaşlıq Təşkilatına müraciət edə bilər. Bütün bunlardan əvvəl İranın Pakistana və ya müsəlman dövlətlərinin ayrı-ayrılıqda Pakistana müraciət etməsi çox yerində addım olardı. Onsuz da İran Azərbaycanı şərləmək üçün guya Pakistandan 5 min nəfərlik qoşunun Əfqanıstan–Türkmənistan yolu ilə Azərbaycana gəlməsi barədə yalan məlumatlar yaymışdı. “Pakistanın Azərbaycana hərbi yardımı” anlayışını məhz İran özü legitimləşdirdi. İndi isə bu istiqamətdə əməli addımlar atılmalıdır.

Bunlar İran siyasətçilərinin və dövlət idarəçiliyinin ağılsızlığından, həm də savadsızlığından irəli gəlir. Ali rəhbər çox gecikib. Bu gün İrana ağıllı və savadlı insanlar lazımdır. İranın hərbçiləri, siyasətçiləri və dövlət adamları arasında həm dünyəvi, həm də dini savad çatışmazlığı var. Dövlət qulluğunda olan şəxslər – Ayətullahları istisna olmaqla – əsasən yalnız namaz qılmağı, bir neçə kiçik ayəni və bir neçə duanı müxtəlif şirin formalarda təqdim etməyi bacarırlar.

İranın bütün vəzifələrə savadlı və düşüncəli şəxsləri gətirməsi artıq gecikib. Ölkənin ətrafında baş verən proseslər bu qədər vaxt dözməyəcək. İran yaxın dövrdə fəaliyyətini yenidən modelləşdirməlidir. İsraillə müharibə İran üçün qorxulu deyil, amma İran kələk gəlmək və aldatmaq siyasətindən əl çəkməlidir. O, Rusiya, Çin və Türkiyəni də aldadıb. Daha sonra ABŞ və İsraillə danışıqlarda da eyni taktikaya əl atdı və nəticədə müharibə baş verdi.

12 günlük müharibədən altı ay əvvəl İran İsrailə öz ərazisini bombalamağa, yəni razılaşdırılmış hərbi əməliyyatlar aparmağa icazə vermişdi. İsrail və ABŞ bu faktı əsas götürür. ABŞ-ın İran barədə ciddi məlumatı var idi — əvvəllər bu məlumatlar Ermənistandan gəlirdisə, indi birbaşa ali rəhbərin ətrafından Donald Trampın Oval ofisinə qədər çatır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq

06.10.2025  16:20 

Məşhur futbolçunu ayı qovaladı

06.10.2025  15:58 

Rusiya Ukrayna raketini vurdu

06.10.2025  14:10 

Mərdəkan yolunda yeni dəyişiklik


BÜTÜN XƏBƏRLƏR +