Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


23.03.2024  16:53 

Putin terror aktı ilə əlaqədar xalqa müraciət edib-Yenilənib





A+  A-

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.

Xəzərnews.az-ın məlumatına görə, V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib: “Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”.

Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib: “Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan “pəncərə” açılıb”.
Ölkə liderinin sözlərinə görə, əsas məsələlərdən biri yeni cinayətlərin qarşısını almaqdır.

16:30
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib.

Xəbər 2582 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +