Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


17.09.2018  09:38 

Göy göldə yeni xidmət





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Göygöl Milli Parkına motorlu qayıq gətirilib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və turizm üzrə direktor müavini Fuad Quliyev məlumat verib.

Bildirilib ki, ilin bütün fəsillərində, xüsusən də yay mövsümündə on minlərlə yerli və xarici turist dağlar qoynuna sığınan, yamyaşıl meşələrlə əhatə olunan Göygölün füsunkar təbiətini seyr etməyə gəlir. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygölün ekosistemini qorumaqla yanaşı, milli parka gələnlərin istirahətini daha yadda qalan etmək üçün turistlərin motorlu qayıq vasitəsi ilə müəyyən olunmuş marşrut üzrə istirahət etməsini məqbul sayıb.

Fuad Quliyev deyib ki, yaxın vaxtlarda istifadəyə veriləcək motorlu qayıq bir dəfəyə 12 nəfər götürə bilir.

Xəbər 3134 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +