“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


22.05.2017  12:16 

Füzulinin İcra başçısı barama saxlayanlarla görüşdü - FOTOLAR





A+  A-

Prezident İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Qazaxlar, Əhmədalılar, Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində olmuş, həmin kəndlərdə ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyələr verib. Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, bildirilib ki, baramaçılıq xüsusilə 70-80-ci illərdə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. Alı Alıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının yüksəldilməsinə xidmət edir.
Alı Alıyev ipəkqurdu saxlayan kümçülərə bildirib ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünki ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.
İpəkqurdu saxlayan kümçülər isə Prezident İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər. Bildirdilər ki, baramaçılığın inkişafı kənd əhalisinin sosial-rifah halının yüksəldilməsinə, məşğulluğunun artırılmasına xidmət edən amildir.
Qeyd olunub ki, ölkə başçısının baramaçılığın inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq may ayının əvvəlində 730 qutu, 13870 qr barama toxumu rayona gətirilərək 300-ə yaxın kümçüyə paylanılıb. Rayonda barama saxlayan təcrübəli kümçülər tərəfindən ipəkqurdularına lazımı aqrotexniki qulluq göstərilir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər. Yaxın günlərdə ipəkqurdular barama sarımağa başlayacaqlar. Hazırda yaş baramanın 1 kq-nın 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 30 tondan artıq baramadan rayon sakinləri qısa müddət ərzində 300 min manatdan arıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 1200-1500 nəfər məşğul olacaq ki, bu da əlavə iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir.









Xəbər 6035 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +