Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


01.05.2017  23:54 

“Pulya Nəriman” həbs olundu - Cinayətləri saymaqla bitmir...





A+  A-

Cinayətkar aləmdə "Pulya Nəriman" kimi tanınan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, doqquz il əvvəl Lənkəranda törədilən qətl hadisəsinə görə axtarışda olan 56 yaşlı Lənkəran şəhər sakini, Fətullayev Nəriman Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı qaçmağa cəhd edən N.Fətullayev ayağından xəsarət alıb. Qeyd edək ki, ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkumluq həyatı yaşamış N.Fətullayev 2008-ci ildə Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axund küçəsində yerləşən və rayonda "Zərgər Şükür"ün evi adlandırılan mənzilə basqın edib.

N.Fətullayev basqın zamanı mərhumun oğlu, Şükürov Şahin Şükür oğlunu qətlə yetirib, onun həyat yoldaşı Əzizə Şükürovaya isə sonradan ölümlə nəticələnən ağır bədən xəsarətləri yetirib. Uzun müddət bağlı qalan bu cinayət işi müddətində N. Fətullayev başqa cinayət əməlinə - silah ticarətinə görə 4 il azadlıqdan məhrum edilib.

Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. N.Fətullayev Lənkəranda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə təhvil verilib.

Xəbər 3089 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +