Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


20.08.2025  14:06 

Qrup seks, içkisinə dərman... - İlkin Rüstəmzadədən ŞOK açıqlama





A+  A-

İctimai-siyasi fəal və yazıçı İlkin Rüstəmzadə sosial şəbəkədə etdiyi paylaşımda ictimai sektorla bağlı tükürpədici və dəhşət saçan iddialar səsləndirib.

XəzərNews.az xəbər verir ki, İ.Rüstəmzadə özünü “aktivist” adlandıran bəzi şəxslərin gəncləri, xüsusilə də qadınları istismar etdiyini qeyd edib.

“Mənim müxalif cameədən, ictimai sektordan iyrənməyimin ən başlıca səbəblərindən biri ictimai sektor gənclərinin şəxsi, seksual həyatları idi. Söhbət partiya mənsubluğu olmayan, ortada fırlanan yüzlərlə gəncdən gedir. Həmişə öz-özümə deyirdim ki, bu adamlar seksual azadlıq qışqırırlar, amma bu seksual azadlıq deyil axı. Bu, bildiyin kimisə kölə eləməkdir”,- deyə o vurğulayıb.

Onun sözlərinə görə, ictimai sektorda olan, özünə aktivist deyənlərin 90%-i münasibətdə olduqları qızları gizli kamera ilə çəkib, sonra həmin videoları qruplarda paylaşırlar:

“Bu yazdığımı onlarla qız təsdiqləyə bilər. Hansısa “qurban” tələyə düşdüyü anda bitmişdir. Videoları qrupda gəzir, ona anidən onlarla oğlan yazmağa başlayır. Qrup seks, içkisinə dərman və s. Dalınca da o adam ömürlük travma alacaq qədər seksual istismar olunur”.

İ.Rüstəmzadə bildirib ki, belə qurban qızlaın sayı yüzlərlədir. Hamısını demokratiya, azadlıq deyə-deyə qrup şəklində istifadə ediblər, öz razılıqları olmadan videoya çəkiblər.

“Mən bu adamların demokratiyadan, haqq-ədalətdən danışdığını görüb iyrənmişdim. Özü də indi yox, illər əvvəl. Hətta ən sərt aktivist olduğum dönəmdə belə bunların dəstəsindən çox uzaq idim. Bunu da hər kəs görürdü, səbəblərini soruşurdu. Təbii heç nə demirdim, düşünürdüm bir cəbhədəyik. Amma indi görürəm ki heç vaxt olmamışıq. Bunlar sadəcə bir qrup əxlaqsız, pozğun adamlardı və demokratiya çətirindən istifadə ediblər. Vəssəlam”-, deyə o fikrini tamamlayıb.

Xəbər 1254 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +