Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək
Şahin Bağırov rəis müavini təyin etdi
Alı Alıyevin nümayəndəsinə “stop“ qoyuldu


14.09.2025  14:20 

Prezident Hadrutda yeni məscidin açılışında iştirak edib -FOTOLAR





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

XəzərNews.az xəbər verir ki, "PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, hazırda Hadrut qəsəbəsində "PMD GROUP" tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.

Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.









Xəbər 2312 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır

03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı


BÜTÜN XƏBƏRLƏR +