Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


16.05.2023  12:46 

Ət hər gün niyə bahalaşır? - Səbəblər açıqlandı





A+  A-

“Bu gün kənd yerlərində insanlar heyvandarlıqla məşğul ola bilmir. Çünki örüş sahələri çox azdır. Bəzi bölgələrdə demək olar ki, yox səviyyəsindədir. Heyvandarlıq üçün gərəkli olan örüş yerlərində pambıq sahələri salınıb. Pambıqçılıq da lazımlı sahədir. O da olmalıdır. Lakin bir sahəni dirçəltmək üçün başqa bir sahəni məhv etmək olmaz. Mal-qara, ətlik heyvanların sayının azalması, ətin qiymətinin qalxmasına gətirib çıxarır. Qıtlıq olanda bahalaşma olur. Bu nəzərə alınmalıdır. Böyük ehtimal ki, payıza doğru mal və qoyun ətinin qiyməti qalxacaq”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, heyvandarlığın inkişafı üçün örüş yerlərinin olması başlıca şərtdir. Bu səbəbdən də bölgələrdə örüş yerləri üçün sahələr saxlanılmalıdır:

“İşağaldan azad olunan ərazilərin heyvandarlıq potensialı çox yüksəkdir. Bu ərazilərdə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı üçün münbit şərait var. Minalanmış ərazilər tamamilə təmizləndikdən sonra bu ərazilərdə də örüş üçün yerlər ayrılmalıdır. Ət və ət məhsullarına olan tələbatın ödənilməsi və qiymət artımının qarşısını almaq üçün ölkədə heyvandarlıq daha da inkişaf etdirilməlidir”.

Xəbər 2738 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +