Hansı ölkələr Ukraynada öz qoşunlarını yerləşdirə bilər?
“Tender kralı” Cəlilabadda yarım milyonluq tender uddu
Sabiq məmur və arvadının əmlakına həbs qoyuldu
Deputatın qardaşı Ukraynada öldürüldü
Əməliyyat zamanı həkim xəstənin çılpaq görüntülərini yaydı
Nazirlik rəsmiləri sahibkarlardan necə pul alıblar?
Onlar “Teleqraf“dan getdilər
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio
Lavrov: Moskva ciddi yanaşmanı dəstəkləyəcək


16.03.2022  14:05 

15 ildir xidmətdə...





A+  A-

Artıq 15 ildir ki, Azərbaycanın ən gənc mobil operatoru “Nar” abunəçilərinə üstün xidmətlər təqdim edir.

Bu illər ərzində “Nar” müştəri yönümlü siyasət yürüdərək abunəçilərin istək və tələblərinə uyğun bir çox unikal məhsul hazırlamış, ölkə boyunca yüksəkkeyfiyyətli 4G şəbəkəsini istifadəyə vermiş, üstün müştəri xidmətləri təqdim etmiş, eləcə də mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirlməsində fəal iştirak etmişdir.

Müştəri Loyallığına görə rabitə bazarının lideri olan mobil operator, yubiley mesajının mərkəzində də məhz “Nar” abunəçisinə yer verib. 15 illiyi münasibətilə “Nar” “Hekayəmizin qəhrəmanı sənsən” devizi ilə TV kanallarda təbrik videoçarxı yayımlayır və eləcə də “Nar”ı seçən abunəçiləri üçün dəyərli hədiyyələrlə dolu yarışlara start verir.

Mobil operator daha rahat ünsiyyət üçün “Nar”ı seçən bütün abunəçilərinə təşəkkür edir və bayram hədiyyələrini qazanmaq üçün “Nar”ın rəsmi sosial media səhifələrini(Facebook», «İnstagram» və «Twitter») izləyərək yarışlarda fəal iştirak etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Xəbər 3084 dəfə oxunub.




19.08.2025  16:15 

Onlar “Teleqraf“dan getdilər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu


BÜTÜN XƏBƏRLƏR +