İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


17.09.2025  17:11 

Müşviqin adından dələduzluq edildi





A+  A-

Aktyor Müşviq Şahverdiyevin adından istifadə edərək dələduzluq edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat yayıb.

Müşviq qeyd edib ki, süni intellekt vasitəsi ilə onun simasından və səsindən istifadə edərək insanları qumar oyunlarına dəvət ediblər:

"Dostlar, bu vicdansızlar mənim videomun üstünə süni intellektlə səs yazıb və qumarı reklam ediblər. Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar. Amma bu sahədə olduğum 25 il ərzində qumarın nə reklamında çəkilmişəm, nə də təbliğ etmişəm. Dostlarım, ətrafım bunu yaxşı bilir. Qumar oynayanlara da tövsiyə etmişəm ki, bununla məşğul olmayın, insanı uçuruma aparır.

Videonun orijinalı bizə aiddir. Amma orada mən başqa sözlər deyirəm. Burada isə başqa sözlər əlavə edib, sizi aldadırlar. Tövsiyəm budur ki, bu tip oyunlardan uzaq durun, həmişə uduzacaqsınız".

Xəbər 3221 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +