Ryazan-Moskva neft kəmərində partlayış olub
AFFA hansı klubları cərimələdi?
AYNA əvvəlcə öz “aynasına“ baxmalıdır - Deputat
Muğam Müsabiqəsində yerimi pulla satdılar - İddia
Hollivud aktyoru Rusiyada biznes açır
Bu, nəticə əldə etməyin yeganə yoludur - Kreml rəsmisi
Fərhad Əhmədovun şirkətlərinin rəhbərlərinə “stop” qoyuldu
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Əliyev-Putin görüşü ola bilərmi? - Peskovdan açıqlama
Sabiq deputat FHN-ni ittiham etdi


15.07.2025  15:50 

Bakıda zibili eşşək arabası ilə daşıyırlar





A+  A-

Zirə qəsəbəsində zibil problemi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan videoda bir kişi eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub. Amma videoda görünən mənzərədən daha qaranlıq olanı məsuliyyət daşıyan qurumların mövqeyidir. Çünki cavabdeh axtarışına girdiyimiz araşdırmada daha böyük problemlə üzləşdik.

İlk olaraq videoda qeyd edilir ki, zibil daşıma işini Zirə bələdiyyəsi həyata keçirir. Məsələyə aydınlıq gətirmək üçün bələdiyyə ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmır. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstərdilər.

İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə qəti cavab aldıq:

"Ümumiyyətlə, zibil yığmaq bizim səlahiyyətimizdə deyil. Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın".

Hər halda, zibil yığımı haradasa “gizlənmişdi” və biz onu tapmalıydıq. Növbəti ümid yerimiz Mənzil Kommunal Təsərrüfat Birliyi oldu. Lakin buradan da cavab ala bilmədik. Çünki zəngə cavab verən xanım bizi səlahiyyətli şəxsə yönləndirsə də, o, telefona cavab vermədi.

Beləliklə, faktiki olaraq Zirədə zibil yığılmır və bunu heç bir rəsmi qurum da inkar etmir. Problem təkcə bu ilin məsələsi deyil. Bir az araşdırma etdikdə daha da “maraqlı” vəziyyətlə qarşılaşdıq. Məlum oldu ki, ötən il də Zirə sakinləri eyni problemi dilə gətiriblər. Sakinlər bildiriblər ki, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:

“Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”

Əldə etdiyimiz cavablardan məlum olur ki, Zirədə zibilin yığılması məsələsinə görə heç bir dövlət qurumu məsuliyyət daşımır. Bunu isə biz demirik: Bələdiyyə, icra hakimiyyəti və müvafiq kommunal qurumlar bu işin onlara aid olmadığını bildirirlər.

Kaş müvafiq qurumlar eşşək arabası ilə də olsa, zibili yığsaydılar. Beləliklə, qəsəbə sakinləri həm əziyyətdən, həm də əlavə maddi yükdən qurtulardılar./Bakupost

Xəbər 1180 dəfə oxunub.




27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü


BÜTÜN XƏBƏRLƏR +