Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


08.08.2025  10:00 

TEXNİKİ BAXIŞ ZAMANI BİLMƏDİKLƏRİMİZ





A+  A-

Avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi hər zaman sürücülər üçün ciddi problemə çevrilib. Bu proses zamanı sürücülər bəzən incidilir, bəzən artıq pul ödəməli olur, bəzən də avtomobillərinin texniki baxışdan keçirilməsindən imtina olunur. Sosial şəbəkələrdə və internet resurslarda bu barədə yüzlələ video, şərh və şikayətlər var.

Əslində proses necə olmalıdır və avtomobillərin müayinə mərkəzləri texniki baxışdan imtina etmək hüququ varmı?

Qanunverciliyə edilən son dəyişkliklərə görə, müayinə mərkəzlərinin belə bir hüququ yoxdur. Yəni istənilən saz və ya nazsaz avtomobil texniki baxışdan keçirilməli, talon əldə etməlidir. Amma bir şərtlə… Müayinə zamanı nasaz avtomobillərdə qeydə alınan çatışmazlıqlar növbəti texniki baxışa qədər həll olunmalıdır. Əks təqdirdə müayinə mərkəzləri 1 il əvvəl qeydə aldığı problemlərin aradan qaldırılmadığını təkrar qeydə alarsa texniki baxışdan imtina edə bilər. Bu da həm sürücülərin, həm də digər yol hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından mühüm faktordur.

Texniki baxış zamanı yaşanan problemlərdən biri də qərarlaşmamış cərimələrlə bağlıdır. Sürücülər bəzən bu cərimələri ödəmədikləri üçün avtomobillərinin texniki baxışından imtina olunur.

Sürücülərin yaşadığı başqa bir problem isə utilizasiya haqqı və ümumiyyətlə texniki baxış qiymətlərininin müayinə mərkəzlərində gözlə görülən yerlərə vurulmaması və maarifləndirmənin olmamasıdır.



Xəbər 1679 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +