Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...


21.06.2021  10:21 

Yevlax polisindən əməliyyat - saxlanılan var





A+  A-

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Havarlı kəndində yaşayan, əvvəllər məhkum edilmiş Elçin Şəfizadə saxlanılıb.

E.Şəfizadənin kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş uzunluğu 30 sm-dən 210 sm-dək, ümumi çəkisi 155 kiloqramdan artıq olan 183 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər 4142 dəfə oxunub.



21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +