Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


24.04.2020  10:54 

Lerikdə məmurun meyitini arvadı tapıbmış





A+  A-

Lerik Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, aprelin 23-də Lerik sakini, 1977-ci il təvəllüdlü Quliyev Qalib Naib oğlu güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Qalib Quliyev həmin gün səhər saat 09 radələrində evdən işə getmək adı ilə çıxıb, saat 12 radələrində arvadı onu evinin yaxınlığında ölmüş vəziyyətdə tapıb. Onun meyitinin yanından öz adına rəsmiləşdirilmiş ov tüfəngi aşkar olunub.

Faktla bağlı Lerik Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Q. Quliyev külli miqdarda borca görə özünü güllələyərək öldürdüyü bildirilir.

Xəbər 2890 dəfə oxunub.



20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +