Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək


14.05.2019  12:20 

Çətənə kollarına qulluq edərkən saxlanıldı





A+  A-

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində həqiqətən qeyd edilən ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkildiyi öz təsdiqini tapıb.

Çaya yaxın ərazidə çətənə kollarını əkərək onlara qulluq göstərən Sumqayıt şəhər sakini Z.Cəfərov saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.

Xəbər 3040 dəfə oxunub.



21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +