Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək


03.05.2018  22:05 

“Odessa” Teyyub saxlanıldı - Narkoticarətə görə





A+  A-

“Odessa” Teyyub kimi tanınan Tağıyev Teyyub Eyyub oğlu Şirvan şəhərində saxlanılıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, iki gün öncə Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatla ələ keçirilib.

Onun narkotik maddə ticarəti ilə məşğul olduğu bildirilir. Məlumata görə, T.Tağıyev daha sonra Bakıya göndərilib.

Xatırladaq ki, 52 yaşlı “Odessa” Teyyub 24 fevralda ayağından güllələnmişdi.

Qeyd edək ki, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb. O, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

Rahim Ələkbərov 2001-ci ilin noyabrın 29-da Odessada qətlə yetirildikdən sonra T.Tağıyev Azərbaycana qayıdıb.

Xəbər 3236 dəfə oxunub.



21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +