Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


17.01.2020  15:21 

MSK Zahir Əzəmətlə bağlı qərarı qüvvədə saxladı





A+  A-

Jurnalist Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron seçki dairəsindən namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
XəzərNews.az xəbər verir ki, o, müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun namizədliyindən imtinaya səbəb kimi adına olan torpaq sahəsini göstərməməsini bildirib. Mərkəzi Seçki Komissiyası müraciəti araşdırıb və məlum olub ki, namizəd həmçinin ilkin maliyyə hesabatını da təqdim etməyib. Buna görə də MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Z. Əzəmət bildirib ki, o, Əmlak komitəsindən respublika üzrə əmlakın olub olmaması barədə arayış alıb: "Həmin sənəddə də Lənkəranda onun adına torpaq sahəsinin olması barədə informasiya çıxmayıb. Sənəd də şikayət məktubuna daxil edilib. Bundan əlavə, Seçki Məcəlləsinə görə məlumat qəsdən gizlədilməyibsə , 48 saat ərzində namizədə onun düzəldilməsi üçün vaxt verilməli idi. O vaxt da mənə verilməyib".

MSK sədri Məzahir Pənahov deyib ki, onlara Əmlak Komitəsindən daxil olan məlumatda isə adına torpaq olduğu qeyd edilməyib: "Siz bununla bağlı məhkəməyə müraciət etməlisiniz. Biz yol axtarırıq ki, namizədi qeydə alaq. Ancaq əmlakla bağlı məsələdə biz dəfələrlə namizədlərə müraciət etmişik ki, məlumatları düzgün təqdim edin".

Beləliklə, Z.Əzəmətin müraciəti qəbul edilməyib.

Xəbər 3482 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +