Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


08.03.2019  10:08 

Çoxmərtəbəli binalardakı mənzil qiymətləri azaldılacaq? - Rəsmi münasibət





A+  A-

Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, qurum istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsinin əmlak vergisinə cəlb edildiyini bildirib:

“Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər”.

Qeyd edək ki, Nazirlər Kabinetinə MTK-lar tərəfindən tikilmiş və satılmayaraq boş qalmış mənzillərin əmlak vergisinə cəlb edilməsi və digər tədbirlərin görülməsi təklif edilir. Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.

Xəbər 2701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +