Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


03.05.2017  16:57 

“Şəbnəmin qızının atası mən deyiləm...”





A+  A-

“Şəbnəm xanım mənim yanıma gələndə 4 yaşında qızı var idi. Qızın atası əvvəlki əri olub. İndiki yazılan xəbərlərdə oxuyuram ki, guya, mən o xanımın ilk əri olmuşam. Bu, yalandır, qızın atası mən deyiləm. Əgər mən onunla 10 il yaşamışamsa, necə qızın 14 yaşı olur? Nə dərəcədə düzgündür?”
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Şəbnəm Tovuzlunun keçmiş sevgilisi Ərşad Zəngilanlı deyib.

O, sənətçinin ittihamlarına cavab verib. Zəngilanlı qeyd edib ki, Şəbnəmlə rəsmi nikahı olmayıb:

“Fotolar mən tərəfdən çəkilməyib. Həmin şəkillər Şəbnəm xanımın telefonunda olub. Öz vicdanıma and içirəm ki, həmin şəkillər məndə heç vaxt olmayıb. Ola bilsin ki, sənət yoldaşları var. Onun evindən və yaxud telefonundan götürüblər. İndi də mübahisəli məsələ ortaya çıxıb. Mən kişiyəm, həyatı boyu yaşadığım qadının şəkillərini yaymaram.

Buna nə ehtiyac var? Onun mənə bir pisliyi dəyməyib. Pisliyi keçsə belə, qadındır, bu addımı atmaram. Mənim onunla rəsmi nikahım olmayıb. Şəbnəm xanım yanıma gələndə ailəli idim. İndi də ailəmlə yaşayıram, övladlarım, nəvələrim var”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə gün bundan əvvəl sosial şəbəkədə paylaşım etmişdi. İfaçı keçmiş ərinin onunla çəkilən fotolarını mətbuata yaydığını iddia etmişdi.

Xəbər 4019 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +