Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


13.04.2017  16:43 

Ceyhun Osmanlıya universitetdə iş verildi





A+  A-

Keçmiş deputat Ceyhun Osmanlı Odlar Yurdu Universitetində dərs deməyə başlayıb.
XəzərNews.az bildirir ki, Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Ceyhun Osmanlı ilə əlaqə saxlayıb.

Sabiq deputat məlumatın doğru olduğunu bildirib.
“Mən akademik fəaliyyətdən uzaqlaşmamışam. Hazırda təhsil sahəsində fəaliyyətim davam edir. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bir neçə yerli və xarici universitetlə təhsil proqramları çərçivəsində əməkdaşlıq edirəm. O cümlədən Odlar Yurdu Universiteti ilə əməkdaşlıq edirəm. Odlar Yurdu Universiteti ilə də bir neçə proqramımız var. Onların üzərində işləyirik”.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də Modern.az-a Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirdi.
“Ceyhun müəllim iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O universitetdə beynəlxalq proqramlarla məşğulduR. Həmiçinin, tələbələrə mühazirələr oxuyur və dərs də deyir. Ceyhun müəllim bir aydan da az müddətdir ki, universitetdə işləyir. Biz gənclərlə işləməyi bacaran insanları universitetimizə dəvət edirik. Onların bilik və bacarıqlarından yararlanmağa tələbələrimizin çox böyük ehtiyacı var”.

Xəbər 3828 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +