Almaniyada azərbaycanlı dəstə başçısı tutuldu
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


24.08.2023  19:03 

“Rahat” marketdə şokoladın içindən qurd çıxıb - Video





A+  A-

“Rahat” marketdə şokoladın içindən qurd çıxıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı istehlakçı APA TV-nin qaynar xəttinə videogörüntülər yollayıb.

Görüntülərdən aydın olur ki, şikayətçi qonaq üçün aldığı şokoladı açır və belə bir mənzərə ilə qarşılaşır. Daha sonra vəziyyəti aydınlaşdırmaq üçün elə qonaqla birlikdə üz tutur “Rahat” marketə. Piştaxtadan başqa bir şokolad götürür və… yenə eyni mənzərə. Şokoladın içindən az qala barmaq boyda qurd çıxır.

Videogörüntüləri “Rahat” supermarketlər şəbəkəsinə yollayıb, açıqlama istəsək də, özlərinə 3 cümləlik əziyyət belə vermədilər. Belə anladıq ki, “Rahat” supermarketlər şəbəkəsi sadəcə nəsə satmağı düşünür. İçində qurd oldu-olmadı, təki satılsın.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bu cür halların baş verməsinin başlıca səbəbi marketlərdə havalandırma sisteminin düzgün işləməməsi, temperatura nəzarət edilməməsidir.

Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə nə düşünür? Quruma yolladığımız sorğuya belə cavab verdilər ki, məsələ nəzarətə götürülüb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək və araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Ona qədər isə, əziz alıcılar, “Rahat”dan mal alarkən daha diqqətli olun ki, narahat olmayasınız.



Xəbər 3225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +