Quduzluğu təyin etmək üçün 600 manat... - Naxçıvanda
Həzi Aslanov təqaüdə göndərildi
Baş direktorla müavininə ağır cəza tələb edilir
Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO
Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO
TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir


09.02.2021  15:37 

Türkiyə bu sahədə Avropanın ən uğurlu ölkəsi oldu





A+  A-

Türkiyə 2020-ci ildə meşə yanğınlarına qarşı mübarizədə Avropanın ən uğurlu ölkəsi olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin meşə təsərrüfatı şöbəsinin müdiri Bəkir Karacabəy “Anadolu” agentliyinə açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyədə 2020-ci ildə ümumilikdə 3413 meşə yanğını baş verib və 20.938 hektar əraziyə ziyan dəyib. Bununla yanaşı yanğınsöndürənlər 3031 hektar əkin sahəsindəki yanğınları söndürməyi və bununla da ölüm və insan itkisinin qarşısını almağa müvəffəq olublar. Bu, Türkiyədəki son 10 ildə ən yaxşı göstəricisidir.

Avropa yanğın xəbərdarlığı məlumat sisteminə görə, ABŞ-da meşə yanğınlarının ortalama sahəsi 68, Kanadada 76, İspaniyada 20,4, Fransada 7,6 və Türkiyədə 6,2 hektardır.

Beləliklə, 2020-ci ildə Türkiyə meşə yanğınlarına qarşı mübarizədə Qərb ölkələri arasında birinci yerdə qərarlaşıb.

2020-ci ildə Türkiyədə meşə yanğınlarına qarşı mübarizəyə çox sayda xilasetmə, texniki və təhlükəsizlik işçisi cəlb edilib. Ən müasir avadanlıqlardan istifadə edilib- xilasetmə maşınları, su daşıyıcıları, təcili yardım maşınları, buldozerlər, təyyarələr və helikopterlər.

2020-ci ildə ilk dəfə olaraq PUA-lar ölkədə yanğınların söndürülməsində iştirak edib və bu da öz növbəsində söndürmə müddətinin 12 dəqiqəyə endirilməsinə kömək edib.



Xəbər 3388 dəfə oxunub.




01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +