Həzi Aslanov təqaüdə göndərildi
Baş direktorla müavininə ağır cəza tələb edilir
Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO
Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO
TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir
Gələn ay ardıcıl 4 gün iş olmayacaq


03.07.2018  19:16 

Alimlərdən xərçəngin müalicəsində önəmli ADDIM





A+  A-

Bir qrup danimarkalı alim tarixdə ilk dəfə süni insan yumurtalıq toxumalarını yaratmağa nail olub.
XəzərNews.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bununla da doğum qabiliyyətinə təsir edə biləcək xəstəliklərdən sonra da qadınların nəsilartırma problemləri aradan qalxacaq.

“Rigshospitalet” Danimarka Milli Hospitalının ekspertləri transplantasiya üçün süni yumurtalıq yarada biliblər.

Onlar reagentlərin köməyi ilə birləşdirici toxuma çərçivəsini saxlamaqla yumurtalıq toxumalarını xərçəngdən zədələnmiş hüceyrələrdən təmizləyiblər. Daha sonra qadın orqanizmindən əldə edilmiş sağlam follikullar bu çərçivəyə nəql edilib.

Bu üsul onkoloji xəstəliklər riski olmadan təkrar implantasiya imkanı yaradır.

Laboratoriyalarda siçanlar üzərində sınaqdan keçirilmiş bu üsul yaxşı nəticələr verib. Heyvanlara iyirmi insan follikulundan ibarət xüsusi hazırlanmış yumurtalıq toxuması nəql edilib. Onların dörddə biri üç həftədən çox müddət ərzində canlı qalıb və həmin yumurtalıqların ətrafında qan damarları meydana gəlib.

Siçanlar üzərində aparılan sınaqlar uğurlu nəticələr göstərsə də, alimlər insanlar üçün bu texnologiyanın hələ tam hazır olmadığını bildiriblər.

“Bu, bizim yumurtaların canlılığını təmin edə biləcəyimizi göstərən ilk sübutdur. Lakin qadın orqanizmində bunu sınaqdan keçirməyimiz üçün hələ uzun müddət lazımdır” – layihənin ekspertlərindən Syüzan Pors bildirib.

Ekspertin fikrincə, hələ 5-10 il sonra bu üsulu insanlar üzərində tam əminliklə sınaqdan keçirmək mümkün olacaq.

Xəbər 2682 dəfə oxunub.




01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +