Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


16.05.2018  17:34 

“Sanksiyalar Qarabağa görə tətbiq olundu” - Səməd Seyidov





A+  A-

“AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistana layiqli cavab verir:

“Ermənistan və onların ətrafında olan qüvvələr müxtəlif taktikalardan istifadə edirlər. Bütün bu addımlar Dağlıq Qarabağa görədir. Amma onlar istəklərinə nail ola bilməyəcəklər”.

S.Seyidov qeyd edib ki, Avropa Şurası dəyişəcək. O, buna əminliyini ifadə edib: “Biz Avropa Şurasına daxil olarkən ümumbəşəri dəyərləri seçmişdik. Çox təəssüflər olsun ki, onlar təzyiq üsuluna əl atırlar. Biz o qurumda bundan sonra da təmsil olunacağıq, fəaliyyət göstərəcək”.

Qeyd edək ki, AŞPA Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq.

Xəbər 3697 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +