Məşhur müğənni Ağ şəhərdən yarım milyona ev aldı
Münhen hava limanı bağlandı
Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia


05.04.2018  17:29 

Qiyməti 16 mindir - Azərbaycanda istehsal edilib





A+  A-

Yerli avtomobil markası olan "Xəzər" gələn aydan istehsal etdiyi avtomobillərin satışına başlayır.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı "Azərmaş" ASC-nin idarə heyətinin sədri Emin Axundov verib.

O bildirib ki, Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi avtomobillərin satışına gələn aydan başlanılacaq. Belə ki, növbəti ayda bazara 300 avtomobil çıxarılması nəzərdə tutulub.

"Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sıra modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına çıxarılması gozlənilir.

E.Axundovun sözlərinə görə, hələ ki avtomobillərin ehtiyat hissələri zavoda idxal olunsa da, gələcəkdə həmin hissələrin də burada hazırlanması nəzərdə tutulub. Maşınların mühərrikinin həcmi 1,7 l-dir, qiymətləri isə 14-16 min arasında dəyişir.

Avtomobillərin ilk sifarişçisi İqtisadiyyat Nazirliyi olub. Belə ki, nazirlik zavoda 10 ədəd 14 minlik avtomobil sifariş verib.

Xəbər 6440 dəfə oxunub.




04.10.2025  10:07 

Münhen hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +