Ukrayna ordusu bir neçə yaşayış məntəqəsini azad edib
Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq


08.03.2018  13:08 

Türkiyə müdafiə nazirinin müavini Bakıya gəlir





A+  A-

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay Bakıya 3 günlük səfər edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə parlamenti məlumat yayıb.

Məlumata görə Şuay Alpayın ölkəmizə səfəri 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turniri ilə bağlıdır.

Bildirilib ki, Şuay Alpay 3 gün Bakıda səfərdə olacaq və Türkiyəni təmsil edəcək komandada futbol yarışına qatılacaq.

Qeyd edək ki, Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.

Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.

Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək.

Xəbər 3502 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +