Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


19.08.2025  11:29 

Putin Zelenski ilə görüşməyə razılaşıb





A+  A-

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı Almaniya kansleri Fridrix Merz paylaşıb.

Onun sözlərinə görə, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların yeri müəyyən edilməyib.

Merz Zelenski ilə Putin arasında potensial görüşə diqqətlə hazırlaşmağın vacibliyini vurğulayıb və əlavə edib ki, o, “Putinin bu görüşdə iştirak etməyə cəsarət edib-etməyəcəyini” bilmir.

Tramp bir gün əvvəl Truth Social-da bildirib ki, o, artıq Ukrayna və Rusiya liderləri arasında sammit təşkil etməyə başlayıb.

"Görüşlər başa çatdıqdan sonra mən prezident Putinə zəng vurdum və prezident Putinlə prezident Zelenski arasında yeri hələ müəyyən edilməmiş görüşünə hazırlığa başladım", - Ağ Ev rəhbəri yazıb.

Tramp əlavə edib ki, bu görüşdən sonra onun, Zelenski və Putinin iştirakı ilə üçtərəfli görüşü keçiriləcək. O, iki mümkün danışıqların tarixini dəqiqləşdirməyib.

Xəbər 492 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +