Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


31.10.2022  14:06 

Qoca Səmədovun vəziyyəti yenidən pisləşib





A+  A-

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Bir müddətdir Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: "Qoca Səmədovun vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Müvəkkilim həkimlərin tövsiyəsi ilə son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib".

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.APA

Xəbər 2489 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +