Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub
Yelena Zelenska Melaniya Trampla görüşüb
Ukrayna Rusiya neft emalı zavodunu vurdu
Sabahın havası açıqlandı: Buludlu olacaq
İlhamə Elşadqızına hökm oxundu
Şagird və xadiməni döyən müavin necə cəzalandı?
Vasif Talıbovun 8.6 milyona aldığı otel görün kimindi?
Dənizçilərin sənədləri saxtalaşdırılıb?
Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ
Qızıldaşda keçmiş uşaq bağçası zibilxanaya çevrilib


04.08.2022  13:43 

Diaspor sədri qazimizi zaminə götürür - Məhkəmə/Foto





A+  A-

Dünən Kiyev Apelyasiya Məhkəməsində 2-ci Qarabağ müharibəsi qazisi Misir Qasımlının 13.07.2022-ci il Obuxov məhkəməsinin qərarından verilən (təqsirləndirilən şəxsin həbs müddətinin iki ay artırılması) apelyasiya şikayətinə baxılıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu yayıb.

Məlumatda bildirilir ki, məhkəmə prosesində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, İdarə heyətinin üzvləri Fail Abidov, Vidadi İsrafilov, ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları - Sabir Rzayev və Samir Allahverdiyev, UABD-nin mətbuat katibi Qabil Osmanlı, Poltava vilayətindən Füzuli Qəmbərov mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Prosesdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun vəkili Anatoli Volkov məhkəməyə təşkilatın sədri Hikmət Cavad və İdarə Heyətinin üzvü Fail Abidovun qazimizin zaminə götürülməsi ilə bağlı vəsadətlərini təqdim edib.



Bundan başqa sədr müavini Elşad İbrahimov, İdarə Heyətinin üzvləri Fail Abidov və Vidadi İsrafilov çıxıs ediblər.

Çıxışlara və UABD-nin vəkili Anatoli Volkovun verdiyi vəsadətlərə baxmayaraq, Kiyev Apelyasiya Məhkəməsi Obuxov məhkəməsinin qərarını qüvvədə saxlayıb.

UABD bəyan edir ki, sentyabr ayında baş tutacaq növbəti məhkəmə prosesinədək qazimizin azadlığa çıxması üçün bütün hüquqi addımları atacaqlar.



"Qazimiz Misir Qasımlının məhkəmə prosesi diqqətimizdədir. Onun azadlığı üçün bütün hüquqi prosedurlara baş vuracağıq. Həm UABD olaraq, həm də şəxsan mən və İdarə Heyətinin üzvü Fail Abidov qazimizi zaminə götürmək istəyirik. UABD-nin vəkili hazırda bu işlə çox ciddi məşğuldur", - deyə Hikmət Cavad bildirib.

Xatırladaq ki, UABD-nin vəkili müvəqqəti cəzaçəkmə müəssisəsində qazimiz Misir Qasımlı ilə görüşərək istintaq zamanı Ukrayna hüquq-mühafizə orqanlarının qanunazidd hərəkətlərini onun diqqətinə çatdırıb, bununla bağlı da məhkəməyə müraciət edəcəyini bildirib.



Xəbər 3548 dəfə oxunub.



24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +