Qazıntı işləri qaz xəttini zədələdi
Kimlər pulsuz dərmanla təmin olunacaq?
Tibb bacıları direktorun üzünə durdular - Məhkəmə
Ukraynalıların neçə faizi Zelenskiyə inanır?
İlham Əliyev britaniyalı naziri qəbul edib
Kiyev və Vilnüs birgə silahlar istehsal edəcək
Vladimir Bazarov saxlanılıb
İsveç ASC 890 təyyarəsini Ukraynaya təhvil verdi
Bakı və Abşeron toza büründü
Yanğına görə sahibkarlara ziyanı kim ödəyəcək?


22.08.2025  15:17 

Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda





A+  A-

Hotel üçün qanunsuz yürüstü piyada keçidi tikilib.

Şəhər həyatında piyada keçidləri həm təhlükəsizliyin, həm də şəhərsalmanın əsas elementlərindən biri hesab olunur. Lakin bu keçidlər heç də həmişə insanların təhlükəsizliyi üçün inşa edilmir. Məsələn, Salyan şosesinin 14-cü kilometrliyində tikilən yerüstü keçid insanların üzünə qapalıdır.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a müraciət edən vətəndaş Tural Həsənov iddia edir ki, həmin keçid hotel tərəfindən zəbt olunub, bu da insanlar üçün ciddi təhlükəyə yol açır:

“7-8 zolaqlı, yüksək sürətli yoldu, həm də arakəsmələr keçməyə mane olur. Yolda keçid var, amma sakinlər istifadə edə bilmir. Bu yolu keçmək çox təhlükəlidi. Bilməyən adamlar gəlirlər, keçidin girişini axtaranda çaş-baş qalırlar”.



Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Bakupost.az -a bildirib ki, keçidi təmsil etdiyi qurum tikməyib.

Belə çıxır ki, həmin keçidi “Green City” hoteli tikib, buna görə də keçiddən yalnız hotelin müştəriləri və əməkdaşları istifadə edirlər. Keçidə giriş sadəcə hotelin həyətindəndir və iaşə obyektini şosenin digər tərəfindəki hissə ilə birləşdirir. Maraqlısı budur ki, həmin ərazidə, xüsusilə keçidin yaxınlığında heç bir alternativ piyada keçidi yoxdur.

Elə biz də müraciəti araşdırmaq üçün əraziyə gedəndə oxşar mənzərənin şahidi olduq. Belə ki, yerüstü keçidi görüb uzaq məsafədən yolu keçmək üçün gələn turistlər girişin hoteldən olduğunu görüb təəccübləndilər. Nəticədə yolu keçməyə müvəffəq olmayan qonaqlar kor-peşman keçid axtara-axtara geri qayıtdılar.



Sual yaranır: Niyə bu qədər strateji bir ərazidə, insanlar üçün açıq və təhlükəsiz keçid əvəzinə, yalnız bir kommersiya obyektinin maraqlarına xidmət edən qapalı keçid inşa olunur? Ümumiyyətlə, özəl müəssisələrin keçid inşa etmək hüququ varmı?

Elə bu suallarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan Bakupost.az -a bildirildi ki, özəl ictimai-iaşə obyektləri və ya digər təsərrüfat subyektlərinin müstəqil qaydada yerüstü piyada keçidi tikməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Əslində 2018-ci ildən obyektlərin tikintisinə və istismarına icazələrin verilməsi səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsindədir. Lakin araşdırmamız nəticəsində məlum oldu ki, sözügedən keçid 2018-ci ildən əvvəl tikilib. Bu səbəbdən müraciət ünvanımız da dəyişdi. Səbail rayon İcra Hakimiyyətinə keçidin tikintisinə hansı əsasla icazə verilməsi barədə sorğu ünvanladıq. İcra Hakimiyyətinin müvafiq açıqlamasını da işıqlandıracağıq.

Qeyd edək ki, “Green City” hotelinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Açıqlama veriləcəyi bildirilsə də, hələlik hər hansı məlumat göndərilməyib.



Xəbər 1246 dəfə oxunub.



25.08.2025  11:11 

Norveçin baş naziri Kiyevə gəlib

25.08.2025  10:35 

Vladimir Bazarov saxlanılıb

25.08.2025  10:25 

Bakı və Abşeron toza büründü

24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?


BÜTÜN XƏBƏRLƏR +