Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...
Cahangir Novruzov ölkəni tərk etməyinin səbəbini açıqladı
Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır
Binəqədi və Nərimanovda işıq olmayacaq
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...


22.02.2017  16:06 

“Sənə atana görə hörmət edib 10 gün veririk” - Hakim





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun icraatında olan prosesdə zərərçəkmiş İlahə Əliyeva ifadə verib.

O bildirib ki, Ə.Kərimzadəyə 30 min manat pul verib. Kərimzadə isə buna etiraz edib: “Bu xanım gah 20, gah 25, gah da 30 min deyir. O, yalan danışır. Oğlu Kamran gəlib ifadə versə, doğru olan üzə çıxacaq”.

İ.Əliyevə şahid qismində tanınan oğlunun 1 həftə öncə Türkiyəyə oxumağa getdiyini deyib. Hakim isə ondan öncə oğlunun niyə məhkəməyə gəlmədiyini soruşub, İ.Əliyeva “Kamran istintaqda ifadə verib” deyə cavablandırıb.

R.Salmanov isə K.Əlizadənin məhkəməyə gəlib ifadə verməli olduğunu deyib.

İ.Əliyeva Ə.Kərimzadəyə verdiyi borca görə bankdan kredit götürdüyünü, artıq kreditinin 70 min manat olduğunu deyib və təqsirləndirilən tərəfdən banka olan borcu bağlamasını istəyib.

F.Kərimzadə borcu ödəmək üçün məhkəmədən yenə vaxt istəyib. Hakim R.Salmanov ona atası Fərman Kərimzadəyə görə hörmət etdiklərini deyib və bu səbəbdən əlavə 10 gün vaxt verdiyini bildirib.

Məhkəmə prosesi martın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Əziz Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur.

(qafqazinfo.az)

Xəbər 5293 dəfə oxunub.




25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +