Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...
Cahangir Novruzov ölkəni tərk etməyinin səbəbini açıqladı
Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır
Binəqədi və Nərimanovda işıq olmayacaq
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...


11.02.2017  17:18 

Sevinc Babayevanın oğlu apellyasiya şikayəti verdi





A+  A-

 

Qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, apellyasiya şikayəti üzrə ilkin baxış iclası fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. İclasa hakim Abid Abdinbəyov sədrlik edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il fevralın 4-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində həyat yoldaşı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A. Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın oğludur.

Qeyd edək ki, işlə bağlı S.Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki klinikalardan birində ürək xəstəliyindən vəfat edib.



Xəbər 3114 dəfə oxunub.




25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +