Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


15.09.2021  14:08 

26 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı





A+  A-

Sentyabrın 14-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 26 Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Xəbər 3449 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +