Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


18.04.2019  17:08 

“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” – Həyəcan təbili





A+  A-

“Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılması fahişəxanaların artmasına səbəb oldu”
Millət vəkili Fazil Mustafa mediaya açıqlamasında bildirib ki, “Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıq hökm sürür. Hərənin bir himayəçisi var. Hərdən mənə elə gəlir ki, kimlərsə bilərəkdən narkomaniyanı yaydıqları kimi fahişəliyi də yayırlar”.

XəzərNews.azın məlumatına görə, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Moderator.az-a açıqlamasında millət vəklinin fikirləri ilə razı olduğunu bildirdi.

N.Cəfəroğlu qeyd etdi ki, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması bu cür fahişəxanaların artmasına səbəb oldu:

“Hörmətli millət vəkilimiz Fazil Mustafanın səsləndirdiyi fikirlərlə razıyam. Əsasən gənc oğlanlar və qızlar bu işlərlə məşğuldurlar. Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər. Buna hüquq-mühafizə orqanları ciddi nəzarət etməlidir. Əxlaq polisi Azərbaycanda var və ya yoxdur, onu dəqiq bilmirəm, amma onlar bibaşa bu işlə məşğul olmalıdırlar. QHT-lərin fəaliyyəti məhdudlaşdırdıqdan sonra nə rayona gedə bilirik, nə seminarlar keçirə bilirik, çünki buna maddi imkanımız yoxdur. Cəmiyyəti stabil saxlayan QHT-lər idi. Bununla yanaşı, televiziyalarımızdan bayağı, şou xarakterli verilişləri ləğv edib, təlim-tərbiyə məsələlərini qaldırmaq lazımdır. Televziyalarımzda əxlaqla bağlı verilişlər hazırlanmalıdır və bu işlərlə məşğul olanlar ifşa olunmalıdır. Cəmiyyətimiz də bununla mübarizə aparmalıdır”.

Xəbər 3674 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +