Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


23.09.2018  19:57 

Masallıya qonaq gedən gənc 10 gündür itkin düşüb





A+  A-

Əslən Masallı rayonunun Səmidxanlı kəndindən olan, valideynləri ilə birlikdə Bakı şəhərinin Xətai rayonunda yaşayan 1995-ci il təvəllüdlü Əlibəyli İlkin Namiq oğlu 10 gün əvvəl evdən xəbərsiz çıxaraq Masallı rayonuna, bacısının qaldığı Alışqanlı kəndinə gedib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, orada bir gün qaldıqdan sonra xəbərsiz olaraq evi tərk edib və naməlum istiqamətdə gedib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminə və Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Lakin hər hansı bir məlumat yoxdur.

İtkin düşdüyü ehtimal edilən İ.Əlibəylinin boyu 175 sm, saçları qaradır. Bir gözündə çəplik var. Sol qolunda böyük ölçüdə qara xal var. Fiziki cəhətdən sağlam görünsə də, əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində cins şalvar, qara köynək və idman ayaqqabıları da olub.

Onu görənlərdən və yaxud məlumatı olanlardan 050 470 29 70 və ya 055 660 38 70 nömrələrinə zəng vurmaları xahiş olunur.

Xəbər 3106 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +