Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...


23.05.2019  15:43 

“Deputat statusu haqqında” qanuna DƏYİŞİKLİK





A+  A-

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu" haqqında qanuna dəyişiklik təklif edilir.
XəzərNews.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir:

“Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".

Sənədin hazırkı variantı isə belədir:

“Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir.

Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında 1-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər 3021 dəfə oxunub.




21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +