Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...


18.10.2018  15:54 

Şəxsiyyət vəsiqəsini dəyişdi - Yeni deyil, köhnə verdilər





A+  A-

Daha bir vətəndaş yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı problemlə üzləşib.
XəzərNews.az-ın məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir neçə gün əvvəl 25 yaşı tamam olduğu üçün Yasamal "ASAN xidmət" mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsini dəyişmək istəyib. Vətəndaş 3 gün sonra vəsiqəsini alan zaman ona yeni nəsil yox, ənənəvi şəxsiyyət vəsiqəsini təqdim ediblər və 3 günə yeni nəsil vəsiqələrin hazır olmadığı qeyd edilib.

ASAN xidmətdən məsələylə bağlı “Qafqazinfo”ya bildirilib ki, hazırda yeni nəsil şəxsiyyət vəsiqələri test rejimində verildiyi üçün 1 və ya 3 gün müddətində almaq mümkün deyil. Bu səbəbdən həmin şəxslərə köhnə vəsiqələr verilir.

Qeyd edək ki, 15 yaşı tamam olmuş vətəndaşlar 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək şəxsiyyət vəsiqələrinə sahib ola bilər.

15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir".

Xəbər 3088 dəfə oxunub.




21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +