Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


05.08.2025  11:15 

Arvad ərini bıçaqlayaraq öldürdü





A+  A-

Xəzər rayonu, Türkan qəsəbəsində bir ailənin həyatını alt-üst edən qanlı cinayət hadisəsi baş verib.

XəzərNews.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 4-də Türkan qəsəbəsinin Xanlar küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Natiq Fərhad oğlu Quliyev həyat yoldaşı tərəfindən bıçaq zərbəsi ilə qətlə yetirilib. Qan itkisindən vəfat edən kişinin meyiti məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün aidiyyəti quruma təhvil verilib.

Mərhumun usta kimi işlədiyi, əsasən evlərdə təmir işləri görməklə ailəsini dolandırdığı məlum olub. Onların 3 yaşlı bir övladı var. Azyaşlı qız uşağı xəstəxanada müalicə alırmış və avqustun 4-də evə buraxılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 243 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +