Camaat ət ala bilmir, çox bahadır - Video
Polis İdarəsinə basqına görə 27 nəfər saxlanılıb
Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?
İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq


15.11.2023  15:25 

Yardımlı bu ölkəyə aid deyil.. - Biz bu hökumətə nə etmişik?





A+  A-

Azərbaycan əsas strateji problemlərindən biri qonşu ölkələrlə sərhəddə yerləşən rayonların sözün həqiqi mənasında tənəzzülə uğramasıdır. Əslində sərhəd rayonlarımız daha çox inkişaf etdirilməli və əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəldilməli idi ki, qonşu ölkələrin ərazilərimizə hər hansı bir şəkildə müdaxilə imkanları olmasın.

Məsələn, Yardımlı rayonu...

Faktiki olaraq, Yardımlı rayonu məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Əhali arasında narkomaniya faciəvi şəkildə yayılıb, narkotik dövriyyəsi pik həddə çatıb. Elə İranın istədiyi də məhz bu idi. Kəndlər narkomanların və narkotik alverçilərinin kompakt yaşadığı ərazilərə çevrilib. Hökumət bunun nə demək olduğunu başa düşürmü?

İran narkotik maddələr vasitəsilə rayonu özündən asılı vəziyyətə salıb və yüzlərlə ailə narkotik ticarətinə girişib. Sabah elə bir durum yaranacaq ki, bu insanları narkomanlıqda, casusluqda, cinayətkarlıqda ittiham edəcəksiniz.

Rayonda işsizlik, səfalət baş alıb gedir, yol-infrastruktur bərbad durumdadır, rayona gedən yolda kilometrlərlə davam edən döngələrdə axşam vaxtı bir dənə də olsun işıq quraşdırılmayıb. Bu günə qədər rayona ayrılan pullar hara xərclənib? Ümumiyyətlə, Yardımlı rayonunun Azərbaycana mənsub olduğu yada düşürmü? Xeyli sayda kəndlər boşalıb, insanlar paytaxta üz tutublar.

Azərbaycan hökuməti həmişə Yardımlı rayonuna və əhalisinə qarşı ögey münasibət göstərib. Bu, Bakıda da belədir, əslən Yardımlıdan olan şəxslər önə çəkilmir, onlar süni üsullarla bloklanır. Görəsən, niyə?! Qanımız, zatımız təmiz türkdür, ona görə? Biz bu hökumətə nə etmişik?

Yaltaqlarımıza medal, mandat, vəzifə verib başa keçiriblər, ləyaqətli insanlarımız isə yoxsulluq içində məhv olur.

Biz yüzlərlə şəhid vermişik, bizim heç bir əsgərimiz qaçanda arxadan güllələnərək daha sonra şəhid adı almayıb, biz əsir düşməmək üçün qumbaranı qarnımıza bağlayıb özümüzü də, düşmənləri də məhv etmişik.

Mən ayrı-seçkilik etmirəm, amma bu ölkənin siyasətinə, elminə, mətbuatına, dövlətin qorunmasına heç kəs bizim qədər fədakarlıqla xidmət etməyib. Sizin kimi ata-ana, arvad, əmi-dayı hesabına inkişaf etməmişik, eşşək belində, dağ döşündə, mal-qara dalında kitab oxumuşuq.

Yerlipərəstlik, qohumbazlıq hələ də xərçəng şişi kimi ölkəni ağuşuna alıb. Bircə dəfə Yarımlıya ayaq basın, görün belə rayon olar?! Hər gün bir rayona pul ayrılır, zavod-fabrik açılır, yol çəkilir, tədbirlər keçirilir, bəs, ay qardaş, Yardımlı bu ölkəyə aid deyil?

Bu rayona qarşı düşmənçiliyinizin kökündə nə dayanır, mən bilirəm...

Samir Feyruzov


Xəbər 2703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +