Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


04.10.2023  02:23 

Arayik Arutunyan Gəncə şəhərinin vurulduğunu etiraf edib





A+  A-

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş "rəhbəri" Arayik Arutyunyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, digər separatçılarla birgə Bakıya gətirilib.

Xəzərnews.az Modern.az-a istinadən xəbər verir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi.

Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.

Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Cinayət Məcəlləsinə əsasən o, ömürlük həbs edilə bilər.

Xəbər 6475 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +