Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


01.09.2020  18:16 

Oduncaq tədarükünün həyata keçirildiyi ərazilərin siyahısı





A+  A-

“Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində odun tədarükünə başlanıb və tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə verilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev qeyd edib. O bildirib ki, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə oduncaq tədarükü prosesi QHT nümayəndələri və ictimai fəalların iştirakı ilə həyata keçirilir:

“Bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların sanitar qırıntısı prosesi gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir”.

Nazir müavini qeyd edib ki, aşağıdakı meşə ərazilərində oduncaq tədarükü həyata keçirilir:

- Balakən rayonu, Kortala meşəbəyliyinin 6-cı və Qabaqçöl meşəbəyliyinin 3-cü dolayları;

- Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 4-cü dolayı;

- Qax rayonu, Qax meşəbəyliyinin 2 və 9-cu, Qıpçaq meşəbəyliyinin 3, 5 və 10-cu dolayları, Qum meşəbəyliyinin 5, 6 və 7-ci dolayları, İlisu meşəbəyliyinin 1 və 4-cü dolayları;

- Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin 11-ci və Bum meşəbəyliyinin 14-cü dolayları;

- İsmayıllı rayonu, Basqal meşəbəyliyinin 3-cü və Qalıncaq meşəbəyliyinin 11-ci dolayları;

- Şamaxı rayonu, Ağsu meşəbəyliyinin 7-ci və Dədəgünəş meşəbəyliyinin 6-cı dolayları;

- Şabran rayonu, Dəvəçi meşəbəyliyinin 2 və 4-cü, Dənizkənarı meşəbəyliyinin 7-ci, Pirəbədil meşəbəyliyinin 6 və 8-ci dolayları;

- Daşkəsən rayonu, Əmirvar meşəbəyliyinin 8-ci dolayı;

- Gədəbəy rayonu, Şınıx meşəbəyliyinin 5-ci və Qızılca meşəbəyliyinin 7-ci dolayları;

- Lerik rayonu, Razvandoband meşəbəyliyinin 19-cu və Lerik meşəbəyliyinin 5-ci dolayları;

- Lənkəran rayonu, Haftoni meşəbəyliyinin 17-ci dolayı;

- Yardımlı rayonu, 3 saylı meşəbəyliyinin 8-ci dolayı;

- Cəlilabad rayonu, Cəlilabad meşəbəyliyinin 8 və 9-cu, Göytəpə meşəbəyliyinin 10 və 11-ci dolayları;

- Tovuz rayonu, Cırdaxan meşəbəyliyinin 18 və 23-cü, Yanıqlı meşəbəyliyinin 45-ci, Qovlar meşəbəyliyinin 3-cü, Şamlıx meşəbəyliyinin 40-cı dolayları.

F.Əliyevin sözlərinə görə oduncaq tədarükü həyata keçiriləcək meşə sahələri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.



Xəbər 3424 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +