Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


31.08.2020  21:10 

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 300 mini ötüb





A+  A-

“Nar” abunəçiləri artıq bir ildir ki, hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqindən yararlanırlar.
XəzərNews.az xəbər verir ki, müştəri xidmətlərinin bir çox funksiyasını özündə daşıyan bu tətbiq, abunəçilər üçün şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsidir. Belə ki, tətbiqin yüklənmə sayı son 6 ayda 150% artaraq 300 mini ötüb.

“Nar+” tətbiqi vasitəsilə abunəçilər bir neçə saniyə ərzində yeni internet paketi sifariş edə, tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Statistikaya əsasən, abunəçilərin “Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar, balans və bonusların yoxlanması ilə yanaşı, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir.

Tətbiqdən ən çox istifadə edənlər isə (61%) Bakı sakinləridir, 2-ci yerdə Sumqayıtda yaşayan abunəçilər, növbəti yerlərdə isə Gəncə və Quba, Qusar, Xaçmaz bölgələrinin sakinləri dayanır. Qeyd edək ki, istifadəçilər tətbiq vasitəsilə sərfiyyat haqqında izahlı qaimə əldə edə, rominq xidmətlərini idarə edə, eyni zamanda canlı çatla suallarına cavab ala bilərlər. “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

Xəbər 4121 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +