Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


14.11.2018  10:16 

Bu şagirdlər üçün bəzi qaydalar dəyişdi





A+  A-

Nazirlər Kabineti “Təhsil haqqında” qanuna edilən dəyişikliklərin tətbiq olunması üçün bir sıra qərarlarda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci hissələr əlavə edilib:

“2-1. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək uşaqlar qəbul edilirlər:

2-1.1. körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək;

2-1.2. uşaq bağçası - 3 yaşdan 7 yaşadək.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunurlar.

2-2. Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək uşaqlar qəbul edilirlər:

2-2.1. körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək;

2-2.2. uşaq bağçası - 3 yaşdan 7 yaşadək.”;

2.2. 4.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.7-ci bənd əlavə edilsin:

“4.7. vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş.”;

2.3. Qaydaya əlavənin “Ərizəyə əlavə olunan sənədlər” hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“- vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş.”.

Həmçinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə aşağıdakı dəyişikliklər olunub.

3.1. 1.1-ci və 2.2-ci bəndlərdə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

“Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 6.4.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilib:

“6.4.3. yaradıcılıq və inkişaf mərkəzində;”.

“Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə aşağıdakı dəyişikliklər edilib:

5.1. 1.1-ci və 2.2-ci bəndlərdə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

5.2. Qaydalara əlavə - “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği”ndə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

Xəbər 3207 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +