Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


13.08.2018  15:18 

Ərdoğan Putindən yardım istəyib? – Kremldən AÇIQLAMA





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatda baş verən problemlərlə əlaqədar Rusiyaya müraciət etməyib.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov mətbuata açıqlama verib.

Peskov bu açıqlamanı avqustun 10-da iki prezident arasında olan telefon danışığı zamanı bu məsələnin də müzakirə olunması barədə yayılan xəbərlərə görə verib.

“Xeyr heç bir yardım çağırışı olmayıb”-deyə Peskov bildirib.

Onun sözlərinə görə prezidentlər “Türk axını” və “Akkuyu AES” kimi nəhəng layihələr haqda danışıqlar aparıblar.

“Mənim bu situasiyanın layihələrin inkişafına hər hansı bir təsir göstərə biləcəyi ilə bağlı heç bir məlumatım yoxdur” – Rusiya prezidentinin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə bu layihələr üçün iki ölkənin birgə investisiya fondu var və iki ölkə arasında da geniş şaxəli ticarət əlaqələri inkişaf edir.

Xəbər 3145 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +