Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


23.01.2025  17:58 

212 nömrəli məktəbdə nə BAŞ VERİB?





A+  A-

Övladı Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə təhsil alan valideynin direktor tərəfindən təhqir olunması və mühafizəçinin əli ilə zorla təhsil müəssisəsindən çıxarılması haqda iddialar yayılıb.

XəzərNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, valideyn İlahə Hüseynova hadisənin bu gün səhər saatlarında oğlu ilə bağlı məktəbə gedərkən baş verdiyini bildirib.

İddialarla əlaqədar təhsil müəssisəsinə müraciət etdik. Məktəbdən sorğumuza belə cavab aldıq: “Məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur.

Həmin sinifdə tədris aparan müəllimlər şagirdin dərs prosesini ciddi şəkildə pozduğuna görə mütəmadi olaraq şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.

Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

“Məktəblinin dostu” layihəsinin psixoloqu tərəfindən də tövsiyə olunub ki, valideyn övladının davranışlarına nəzarəti artırsın.

Tədris prosesini davamlı olaraq pozan, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədən övladının həkim müayinəsindən keçirilməsi tövsiyə olunduğu üçün valideyn məktəbə gələrək məktəb rəhbərliyi və müəllimlərə nalayiq ifadələr işlədib, açıq ictimai hörmətsizlik nümayiş etdirib, tədris prosesinin gedişatına maneçilik törədib”.
Məktəbdən, həmçinin bildirildi ki, rəhbərlik tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib.


Xəbər 4023 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +